Almaniya hökuməti ölkədəki beş Rusiya konsulluğundan dördünün işini dayandırmaq qərarına gəlib.
KONKRET.az xəbər verir ki, bunu Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi Kristofer Burqer deyib.
Bu qərar Rusiyadakı Almaniya konsulluqlarının işçilərinin sayının 350 nəfərə endirilməsinə cavab olaraq qəbul edilib.
Qeyd edək ki, Almaniya hakimiyyəti Rusiya Xarici İşlər Nazirliyinə öz qərarı barədə məlumat verib, həmçinin baş konsulluqların bağlanması prosesinə dərhal başlamağı və 2023-cü il dekabrın 31-dək başa çatdırmağı tələb edib.
Almaniya hökuməti Yekaterinburq, Kalininqrad və Novosibirskdəki konsulluqlarını “Rusiyanın əməkdaşlarımızın ixtisarına dair göstərişlərini yerinə yetirmək” üçün bağlayacaq. Burger işlərinin artıq əhəmiyyətli dərəcədə məhdudlaşdırıldığını izah edib.
Natiq Səlim,
KONKRET.az
