Beyləqanda yataqxanada yanğın – VİDEObackend

Beyləqanda yataqxanada yanğın - VİDEO

Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən yataqxana binasında yanğın baş verib.

KONKRET.az xəbər verir ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Beyləqan rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində ikimərtəbəli yataqxana binasının ikinci mərtəbəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Xəsarət alan olmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*