Binəqədi rayonunda açıq ərazidə yanğın baş verdibackend

Binəqədi rayonunda açıq ərazidə yanğın baş verdi

Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsində açıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə KONKRET.az-a FHN-dən bildirilib.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsində açıq ərazidə məişət tullantılarının yanması barədə ilkin məlumat daxil olub.

Əlavə məlumat veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*