Şimali Kipr Türk Respublikasının (ŞKTR) Prezidenti Tufan Erhürman xəstəxanaya yerləşdirilib.
KONKRET.az xəbər verir ki, o, paytaxt Nikosiyadakı prezident binasında keçirilən tədbirdə özünü pis hiss edib.
Erhürman təcili yardım maşını ilə Dr. Burhan Nalbantoğlu Dövlət Xəstəxanasının Kardiologiya şöbəsinə aparılıb.
ŞKTR Prezident Administrasiyasının açıqlamasında bildirilir ki, Tufan Erhürman qan təzyiqinin aşağı düşməsi səbəbindən narahatlıq keçirib.
Hazırda onun vəziyyəti yaxşıdır.
