Dərman bazarındakı “soyğunçuluq”: Bakıda 50 manata, İstanbulda 20backend

Dərman bazarındakı "soyğunçuluq": Bakıda 50 manata, İstanbulda 20

“Təbii ki, aptekə gəldim və Bakıda təqribən 50 manata satılan dərmanı İstanbulda 563 türk lirəsinə, yəni 20 manata aldım. Qısacası, gördüyünüz bu bir qutu dərmanı nə az, nə çox, 30 manat fərqlə aldım. Əlbəttə ki, təqaüdçü bir şəkər xəstəsi üçün 30 manat böyük fərqdir”.

KONKRET.az xəbər verir ki, bu sözləri Əməkdar jurnalist, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İcraçı katibi Mətanət Ağamirli deyib.

Onun sözlərinə görə, eyni firma və eyni məhsulun iki ölkə arasında bu qədər kəskin qiymət fərqi ilə satılması düşündürücüdür: “İstanbulda olduğumu bilən tanışlardan biri məndən şəkər dərmanı almağımı xahiş etdi. Dedi ki, Bakıda bahadır, 50 manatdır, gücüm çatmır. Mən də eyni məhsulu aptekdən 30 manat daha ucuz qiymətə əldə etdim. Eyni firma, eyni məhsul, amma qiymət bu qədər fərqli. Sizcə bunun səbəbi nədədir?”.

Natiq Səlim,
KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*