“Biz onunla müharibəyə hazırıq” – Qazilərin şəklinin üzərinə “üzəduran işverənlər” yazdıran Abid Qafarova CAVABbackend

“Biz onunla müharibəyə hazırıq” – Qazilərin şəklinin üzərinə “üzəduran işverənlər" yazdıran Abid Qafarova CAVAB

Bu dövlətin hər qarışı, havası, suyu bizim üçün əzizdir. Bizim üçün deyəndə mən damarında əsl azərbaycanlı qanı axan vətəndaşlarımızı nəzərdə tuturam. Daha bir az çətinə düşən kimi vətənini satan, xaricə qaçıb havadarlarından aldıqları qrantlara görə dövlətinə qara yaxan, saxta vətənşüvənlik obrazına girərək insanlar arasında çaxnaşma yaratmağa səy göstərən “varlıqlar” isə təbii ki, istisnadır. Uzun zamandır araşdırılan “Tərtər” hadisələrini bəhanə edərək insanları iğtişaşa səsləyən, dövlətə qarşı təxribata yol verən, Vətən uğrunda canından keçən qaziləri üz-üzə qoyan Abid Qafarov da məhz bu qəbildən olan şəxslərdəndir. Əsl məqsədi ölkədə çaxnaşma yaratmaq olan bu şəxs, ən həssas təbəqədən, qazi və şəhid ailələrindən istifadə etməyə çalışır. O, öz çirkin niyyətini həyata keçirmək üçün bütün vasitələrə əl atmaqdan çəkinmir. Hətta canı və qanı bahasına bu vətəni qoruyan, torpaqlarımızı düşmən tapdağından azad edən qaziləri “3 manatlıq üzəduran” adlandırması, Abid Qafarovun əsl iç üzünü çılpaqlığı ilə ortaya qoyur. Dəfələrlə qaziləri təhqir etdiyinə, xaricdə oturub siyasi sifarişlə dövləti pisləyən blogerlərin YOUTUBE kanallarında onlar haqqında xoşagəlməz fikirlər səsləndirdiyinə görə, məhkəməyə verilən Abid Qafarov öz əməlindən peşman olmaq və üzr istəmək əvəzinə daha da irəli gedir və artıq söyüş ritorikasını işə salır. Belə ki, Abid Qafarov məhz qazilərin onu  məhkəməyə verməsindən guya təəssüflənir və “kaş ki 5 manatlıq əxlaqsız qadını üzümə saxlayardılar” deyərək böyük ədəbsizlik nümayiş etdirir. Ardınca isə “Azərbaycanda əxlaqsız qadın qəhət idi” fikirlərini səsləndirməklə öz daxili hiddətini çılpaqlığı ilə büruzə verir. Azərbaycan qadınına qarşı edilən bu həqarət nəinki qazilərin hiddətinə və haqlı narazılığına, həm də bütün xalqın qəzəbinə səbəb olur.    

Məsələ ilə bağlı KONKRET.az-a açıqlama verən Qazilər, Vətən müharibəsi iştirakçıları və ailələrinə Sosial Dəstək İctimai Birliyinin sədri, qazi Ceyhun Ağayev bildirib ki, Abid Qafarovla dəfələrlə insidentdən qaçmağa çalışsalar da, haqqlarında yayılan söyüş xarakterli videoları sildirməyi təklif etsələr də, o, öz əməlindən peşman olmaq əvəzinə “təlxəklik” edib: “Belə ki, məhkəmədə hakimə qarşı çox böyük hörmətsizlik sərgilədi, ayağa qalxaraq “məni həbs edin” kimi təxribatçı ifadələr işlətdi, iddia ərizəsini hakimin qarşısına tulladı, biz danışarkən lağ obyektinə çevirdi və sairə. Məhkəmə fasiləyə gedəndə düşündük ki, o, öz əməllərindən peşmançılıq hissi keçirəcək. Əksinə, Abid Qafarov təhqiredici sözlərlə yenidən şərəf və ləyaqətimizi alçaltdı. Məhkəmədə fərdi olaraq ondan şikayətçi olan 3 qazinin adını çəkdi. Ülfət Həsənovun və məmim şəkillərimi xarici blogerlərə ötürərək üzərinə “üzəduran işverənlər” yazdırıb. Öz övladlarının fotosuna isə “4 uşaq atasını həbs etdirdilər” şüarını həkk etdirib. Bu, insanların heysiyatı ilə oynamaqdır. Bu adam “Tərtər” hadisələrini özünə sipər edərək, qaziləri qarşı-qarşıya qoyur. Abid Qafarovun qazi adı ilə ora gətirdiyi və əleyhimizə çıxış etdirdiyi Natiq Qurbanov adl şəxs isə müharibə zamanı heç bir ciddi travma almayıb. Yalandan özünü “Maştağa”da dəliliyə vuraraq guya hərbidə travma aldığını iddia edir. Məhkəmə qarşısına yalançı adamları gətirmək və üzə durdurmaq mənasız bir addımdır”.

Vətən müharibəsi qazilərinə kimlər və niyə böhtan atır? – VİDEO

Ceyhun Ağayev əlavə edib ki, Abid Qafarova əxlaq çərçivəsində cavab veriblər: “Amma o bizim haqqımızda “3 manatlıq üzəduran” ifadəsini işlətdi. Hər kəs öz ətrafında gördüyünü danışır. Yəqin ki, öz ətrafına yığdığı adamları pul qarşılığında ora gətirib deyə, bizim də belə olduğumuzu düşünür. Amma onu qoruyan şəxslər kimi müdafiə etdiklərini bir daha nəzərdən keçirməlidirlər. Bu adam qaziləri təhqir edir. Çünki mələk donuna girən şeytandır. Abid Qafarov qaziləri təhqir etməklə Azərbaycanın şərəf və ləyaqətini qoruyan insanlara həqarətdə bulunur. Amma unutmasın ki, şərəf və ləyaqətini qoruduğumuz insanların arasında Abid Qafarovun ailəsi, övladları və qohumları da yer alır. Bu gün Ülfət Həsənov kimi qazimizi qınaq obyektinə çevirib təhqir etmək bu adamın vətən xaini olduğunu göstərir. Abid Qafarov olmasa idi guya “Tərtər” hadisələri araşdırılmayacaqdı? Bu hadisənin üzərindən təxminən 7 ilə yaxın vaxt keçib. Amma Abid Qafarov 1 il yarımdır ki, sözügedən hadisələrdən danışır. Bu ona ixtiyar vermir ki, Azərbaycanın şərəf və ləyaqətini qoruyan qaziləri  “3 manatlıq üzəduran” adlandırsın. Qəti şəkildə bu əməli pisləyirik. Dünənki çıxışından sonra isə heç bir halda barışığın olmayacağını bəyan edirik. Məsələnin sonuna qədər gedib Abid Qafarov barəsində ən ağır cəzanın çıxarılmasına nail olmağa çalışacağıq. Biz sivil yoldayıq, dövlətimizin qanunlarına güvənirik. Biz yalnız erməni ilə müharibə edə bilərik. Əgər kimsə erməni olduğunu etiraf edirsə, biz onunla müharibəyə hazırıq”.

Rəsmiyyə Şərifova,

KONKRET.az

 

  • veteran
    İyul 7, 2022 - 22:40

    Qazilərin dəbdəbəli kabineti olmur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*