Blinkendən Rəisinin ölümü ilə bağlı QƏRİBƏ AÇIQLAMA: “İran xalqı sevinir”backend

Blinkendən Rəisinin ölümü ilə bağlı QƏRİBƏ AÇIQLAMA: "İran xalqı sevinir"

“İran xalqı prezident Rəisinin ölümünə sevinir”.

KONKRET.az xəbər verir ki, ABŞ dövlət katibi Entoni Blinken İran prezidenti İbrahim Rəisinin təyyarə qəzasında ölməsinə münasibət bildirərkən belə deyib.

O, İran xalqının və bütövlükdə dünyanın bu hadisədən faydalandığı fikrini irəli sürüb.

“Onun prezident kimi törətdiyi dəhşətli hərəkətləri nəzərə alsaq deyə bilərik ki, İran xalqı indi daha yaxşı vəziyyətdədir”, – deyə Blinken bildirib.

Dövlət katibi əlavə edib ki, Birləşmiş Ştatlar Rəisinin ölümünə yas tutmur.

Eyni zamanda, bir gün əvvəl Dövlət Departamenti İran rəhbərinin vəfatı ilə bağlı başsağlığı verib.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*