BMT-də bir dəqiqəlik sükut – VİDEObackend

BMT-də bir dəqiqəlik sükut - VİDEO

BMT Təhlükəsizlik Şurasının iclasında İran prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir-Abdullahyanın xatirəsi ehtiramla yad edilib.

KONKRET.az xəbər verir ki, Təhlükəsizlik Şurasının üzvləri ayağa qalxaraq onların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Xatırladaq ki, İran Prezidentinin helikopteri mayın 19-da pis hava şəraiti səbəbindən ölkənin şimalında qəzaya uğrayıb.

Hadisə nəticəsində İran nümayəndə heyətinin üzvləri həlak olub. İranda milli matəm elan edilib, həlak olanların dəfn mərasimi mayın 21-də Təbrizdə keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*