BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı Ukraynada mülki vətəndaşların itkiləri ilə bağlı məlumatları yeniləyib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, fevralın 24-dən oktyabrın 23-dək 16 150 Ukrayna sakini müharibədən əziyyət çəkib.
Onlardan 6374 nəfər həlak olub, 9776 nəfər isə yaralanıb.
Mülki əhalinin əksəriyyəti ağır artilleriya və raketlər də daxil olmaqla geniş mənzilli partlayıcı silahlardan istifadənin təsirinə məruz qalıb.
Ukraynanın nəzarətində olan Donbass ərazisində 3365 nəfər ölüb, 3666 nəfər isə yaralanıb. Rus ordusunun nəzarətində olan bölgələrdə 423 nəfər həlak olub, 1445 nəfər isə yaralanıb.
BMT-nin məlumatına görə, real rəqəmlər daha yüksəkdir. İntensiv döyüşlərin aparıldığı Mariupol, İzyum, Lisiçansk, Popasna, Severodonetskdə itkilər barədə məlumatlar gecikir.
İqbal Rzayev,
KONKRET.az
