“Bney Yehuda”nın oyunçusu “Neftçi” ilə oyundan sonra xəstəxanaya aparılıbbackend

“Bney Yehuda”nın oyunçusu “Neftçi” ilə oyundan sonra xəstəxanaya aparılıb

Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Neftçi” – “Bney Yehuda” qarşılaşmasında zədələnən Ben Arinin durumuna aydınlıq gəlib.

APA-nın məlumatına görə, 2:2 hesabı ilə nəticələnən matçın gedişində xəsarət alan futbolçu hakimin final fitindən sonra xəstəxanaya çatdırılıb.

Onda dirsək sümüyünün qırığı və bağlarının zədəsi aşkarlanıb. Bakıda müayinə olunan və qoluna gips qoyulan futbolçu xəstəxanadan buraxılıb. Onun təkrar müayinəsi İsraildə olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*