“Boğazından yaralanan jurnalist”… – VİDEObackend

"Boğazından yaralanan jurnalist"... - VİDEO

Xəbər verdiyimiz kimi, hərbi jurnalist, Azərbaycan Televiziyasının əməkdaşı Ədil Arifoğlu bu gün qəflətən dünyasını dəyişib. 

KONKRET.az xəbər verir ki, Birinci Qarabağ müharibəsində işğalçı Ermənistan ordusunun vəhşiliklərini, ön cəbhədə döyüşən Azərbaycan ordusunun qəhrəmanlığını və xalqımızın üzləşdiyi qaçqınlıq həyatını lentə alan Ədil Arifoğlunun qəfil ölümü 90-cı illərdə boğazından yaralandığı görüntülər qədər hər kəsi sarsıdıb.

Tədqiqatçı jurnalist AzTV-nin hərbi vətənpərvərlik redaksiyasının baş rejissoru, hərbi reportyor və müharibə reportyoru, Birinci və İkinci Qarabağ Müharibəsinin hərbi jurnalist kimi iştirakçısı olub. O, Füzuli, Cəbrayıl, Qubadlı, Ağdam və Kəlbəcər istiqamətində gedən döyüşləri lenə alıb.

Ədil Arifoğlu 1994-cü ilin fevralında Füzulinin Seyidəhmədli kəndi istiqamətində gedən döyüşlər zamanı düşmənin açdığı snayper atəşi nəticəsində boğazından yaralanıb. Əlində kamerası qanayan boğazından tutub qaçaraq gələn jurnalist həmin an bütün tamaşaçıları ekran qarşısında nigaran qoymuşdu. Öz dəsti-xətti olan, qorxmaz və vətənpərvər insan kimi tanınan Ədil Arifoğlu bu dəfə qəfil ölümü ilə Azərbaycan jurnalistikasının gərgin epoxasının unudulmaz nümayəndəsi kimi yaddaşlarda qalacaq.

“Boğazından yaralanan jurnalist” kimi yadda qalan Ədil Arifoğlunun həmin məşhur görüntüsünü təqdim edirik:

  • "Boğazından yaralanan jurnalist"... - VİDEO
  • "Boğazından yaralanan jurnalist"... - VİDEO
  • Mais
    İyul 28, 2024 - 19:56

    Ruhun şad olsun Dahi Azərbaycan İnsanı!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*