Boksçu qələbədən sonra ÖLDÜ – VİDEObackend

Boksçu qələbədən sonra ÖLDÜ - VİDEO

Filippinli boksçu Kennet Eqano həmyerlisi Ceyson Fakularina ilə qarşılaşmadan sonra dünyasını dəyişib.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, 22 yaşlı Eqano döyüşdən sonra xəstəxanaya aparılıb. Həkimlər onun həyatını xilas edə bilməyiblər.

Məlumata görə, o, rəqibini məğlub etsə də, nəticələrin açıqlanması zamanı huşunu itirib.

Qeyd edək ki, filippinli boksçu indiyədək 8 döyüş keçirib. O, qarşılaşmalarda 7 qələbə qazanıb, 1 dəfə isə məğlub olub.

Xatırladaq ki, bir neçə il əvvəl rusiyalı boksçu Maksim Dadaşov da faciəvi şəkildə dünyasını dəyişib. 28 yaşlı boksçunun ölümünə səbəb ABŞ-da puerto-rikalı Subriel Matiasla döyüşdə aldığı xəsarətlər olub.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*