Bolduin məhkəməlik oldu – 25 milyonluq təzminatbackend

Bolduin məhkəməlik oldu - 25 milyonluq təzminat

Məşhur aktyor Alek Bolduin bu dəfə sosial şəbəkədə mübahisə etdiyi qadın tərəfindən məhkəməlik olub.

KONKRET.az xəbər verir ki, A.Bolduini Əfqanıstanda həlak olan amerikalı əsgər Rayl Makkollumun bacısı Roys MakKollum məhkəməyə verib. Aktyor əsgər yaxınına böhran atmaqda ittiham olunur.

Bildirilir ki, həlak olan hərbçinin bacısı 25 milyon dollar təzminat tələb edir.

Roys Makkollum həlak olan qardaşının dul qalan hamilə xanımı üçün ianə toplayıb. Aktyor da yardım üçün 5 min dollarlıq çek göndərib.

Bir müddət sonra Bolduin həmin qadının İnstaqram hesabında ABŞ Konqresinə edilən hücuma dəstək verən foto paylaşdığını görüb və onu tənqid edib:

“Bu ölkəyə xidmətlərinə görə qardaşınızın ailəsinə yardım göndərdim. Sizin 6 Yanvar qiyamçısı olduğunuzu bilmirdim”.

Roys aksiyada iştirak etdiyini, bu mitinqin qanuni və dinc olduğunu bəyan etsə də, aktyor “Mən belə düşünmürəm. Sizin fəaliyyətiniz dövlət əmlakının qanunsuz dağıdılması ilə bərabər, hüquq-mühafizə orqanı əməkdaşının ölümü ilə nəticələnib” cavabını verib.

Bu şərhdən sonra həlak olan hərbçinin ailəsinin ölüm təhdidləri almağa başladığı iddia edilib.

Qeyd edək ki, Alek Bolduin bir müddət öncə “Rust” filminin çəkiliş meydançasında bədbəxt hadisə nəticəsində 1 nəfərin ölümünə, 1 nəfərin isə yaralanmasına səbəb olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*