Boliviyada dövlət çevrilişi – Prezidentin evinə basqın etdilər – VİDEObackend

Boliviyada dövlət çevrilişi – Prezidentin evinə basqın etdilər – VİDEO

Boliviyada dövlət çevrilişindən sonra istefa verən prezident Evo Moralesin evinə basqın ediblər.

KONKRET.AZ Türkiyə mediasına istinadla xəbər verir ki, Evo Moralesin evinə Amerika tərəfindən dəstəklənən etirazçılar soxulublar.

Ölkənin bəzi yerlərində avtomobillərin yandırıldığı, yaşayış evlərinə basqınlar edildiyi bildirilib.

Qeyd edək ki, oktyabrın 20-dan ölkədə prezident Evo Morales qanun pozuntularına yol verdiyi səbəbi ilə etirazlar baş qaldırıb və bu günə qədər davam edir.

Etirazlardan dolayı istefa verən Morales “Biz istefa veririk ki, bacı və qardaşlarımız, dövlət qulluqçularımız hücumlara məruz qalmasınlar və təhdid edilməsinlər”, açıqlamasıyla diqqət çəkib.

Hazırladı: Firuzə ALİMOVA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*