Böyük Britaniyanın Avropa regionu üzrə dövlət naziri Leo Doçerti noyabrın 20-də Cənubi Qafqaza səfər edəcək.
KONKRET.az xəbər verir ki, nazir Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması prosesini müzakirə edəcək, regionda uzunmüddətli sülh və sabitliyə nail olmaq üçün ölkələr arasında birbaşa sülh danışıqlarının təcili aparılmasının vacibliyini bildirəcək.
“Cənubi Qafqaz ciddi təhlükəsizlik problemləri ilə üz-üzədir. Böyük Britaniya islahatlarda, sülhü dəstəkləməkdə və sabitliyin təmin edilməsində etibarlı tərəfdaş olaraq qalır”, – deyə nazir səfərindən əvvəl qeyd edib.
Ariz Həsənoğlu,
KONKRET.az