Gürcüstanda Lamiyə Allahverdiyeva adlı azərbaycanlı qız bədbəxt hadisə nəticəsində ölüb.
KONKRET.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilib ki, Saqareco bələdiyyəsinin 19 yaşlı Yormuğanlı kənd sakini Lamiyə Allahverdiyeva yaşadığı evdı qaz sızması səbəbindən baş verən partlayışda həyatını itirib.
Qeyd edək ki, L.Allahverdiyeva Tbilisidəki İlia Dövlət Universitetinin Elm və İncəsənət fakültəsinin “Gürcü dili, ikinci dil kimi və inteqrasiya proqramı” ixtisasının tələbəsi olub.
