Britaniya kralı Rişi Sunaka yeni hökuməti formalaşdırmağı tapşırdıbackend

Britaniya kralı Rişi Sunaka yeni hökuməti formalaşdırmağı tapşırdı

Böyük Britaniya kralı III Çarlz Mühafizəkarlar partiyasının yeni sədri, baş nazir Rişi Sunaka yeni hökuməti formalaşdırmağı tapşırıb.

KONKRET.az xəbər verir ki, kral yeni baş naziri bu gün Bukingem sarayında qəbul edib.

Daha əvvəl isə, sabiq baş nazir Liz Trass III Çarlza istefasını rəsmən təqdim edib.

Xatırladaq ki, L.Trass sentyabrın əvvəlində baş nazir seçildikdən sonra ötən həftə istefaya yollanmışdı.

O, sentyabr ayında Boris Consonu baş nazir vəzifəsində əvəz etmişdi.//Trend

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*