Britaniya viza verilməsi qaydalarını sərtləşdirirbackend

Britaniya viza verilməsi qaydalarını sərtləşdirir

Böyük Britaniyanın Daxili İşlər Nazirliyi qanuni miqrant axınını azaltmaq üçün viza və iş icazələrinin verilməsi qaydalarını sərtləşdirəcək.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Britaniyanın daxili işlər naziri Ceyms Kleverli açıqlayıb.

Kleverlinin sözlərinə görə, onun planı sayəsində ildə qanuni miqrant axınını 300 min nəfər azaltmaq mümkün olacaq.

DİN rəhbərinin təklifləri 2024-cü ildə qüvvəyə minməlidir. Təkliflər iş vizası üçün müraciət edən əcnəbi işçiyə işəgötürən tərəfindən ödənməli olduğu minimum əməkhaqqının 50% artırılmasını nəzərdə tutur.Qafqazinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*