Britaniya hökumətinin başçısı Rişi Sunak cümə axşamı Krallığın yeni müdafiə nazirini təyin edə bilər.
KONKRET.az xəbər verir ki, bu barədə “Financial Times” hökumətdəki mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunub ki, Baş nazirin ofisi məsələ ilə bağlı şərh verməkdən imtina edib.
Nəşrin həmsöhbətləri Britaniyanın Energetika və Karbon Neytrallığı Nazirliyinin hazırkı rəhbəri Qrant Şappsı əsas namizəd hesab edir.
Eyni zamanda, qəzet mənbələri ölkənin hazırkı müdafiə naziri Ben Uollesi konkret kimin əvəz edəcəyinə dair yüz faiz əmin deyil. Böyük Britaniya mediası məsul vəzifəyə ən çox ehtimal olunan namizədlər arasında daxili işlər nazirinin müavini Tom Tugendhat, xarici işlər nazirinin müavini Anne–Mari Trevelyan və İcmalar Palatasının lideri Penni Mordontun adını çəkir.
Qeyd edək ki, Ben Uolles 2016-2019-cu illərdə Böyük Britaniyanın daxili işlər nazirinin müavini olub. O, 2019-cu il iyulun 24-dən müdafiə naziri vəzifəsinin icrasına başlayıb.
İqbal Rzayev,
KONKRET.az
