Bu, ABŞ-ın zəifliyini göstərir – Musəvibackend

Bu, ABŞ-ın zəifliyini göstərir - Musəvi

ABŞ-ın Bəsrə körfəzində qurduğu koalisiya bölgədə təhlükəsizliyi təmin etməyəcək.

KONKRET.AZ xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi deyib. O, ABŞ-ın bu addımının sabitliyin pozulmasına səbəb olacağını söyləyib.

Musəvi ABŞ-ın başqa ölkələrin adından istifadə etdiyini deyib və bunu zəiflik adlandırıb:

“ABŞ birtərəfli addımlarını qanuniləşdirmək üçün başqa ölkələrin adından istifadə edir. Bu ABŞ-ın zəifliyini və beynəlxalq legitimliyinin olmamasını göstərir”.

Qeyd edək ki, ötən gün ABŞ-ın Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreynlə Bəsrə körfəzində gəmiləri və neft daşınmasını qorumaq məqsədilə birgə yaratdığı dəniz koalsiyası fəaliyyətə başlayıb. (Axar.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*