İrlandiyada gəncləri adalara cəlb etmək üçün plan hazırlayıblar. Onlara 84 min avro məbləğində qrantlar ödəniləcək.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, “Yaşayan Adalar” proqramı 23 adanı dirçəltməyə yönəlmiş on illik plandır.
Məlumata görə, qrantlar boş və ya sahibsiz evləri təmir edib, sonra isə orada yaşamaq istəyən şəxslərə təklif olunacaq.
Belə ki, ev sahibləri bərpa xərclərini ödəmək üçün subsidiyalar ala bilərlər.
Qrantlar maddi-texniki problemlər səbəbindən ada evləri üçün 20% daha yüksəkdir. Məbləğ evlərin vəziyyətindən asılı olaraq 60-84 min avro arasında dəyişir.
Belə ki, “Yaşayan Adalar” proqramı ada icmaları üçün infrastrukturu yaxşılaşdırmaq məqsədi daşıyır.
Bununla belə, İrlandiyada əmlak almağa dair heç bir məhdudiyyət olmasa da, ev sahibi olmaq orada yaşamaq hüququnu təmin etmir.
İqbal Rzayev,
KONKRET.az

bunun haklnda hara muraciət edmk lazlmdl hər hansl əlaqə saxlaya biləcəymiz bir təskilatln saytnl yazln