Bu axşam AvroLiqada keçiriləcək oyunların SİYAHISIbackend

Bu axşam AvroLiqada keçiriləcək oyunların SİYAHISI

Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçiriləcək.

KONKRET.az xəbər verir ki, Azərbaycanı təmsil edən “Qarabağ” Portuqaliya “Braqa”sını Bakıda qəbul edəcək. “Qarabağ” ilk görüşü səfərdə keçirib və 4:2 hesabı ilə qalib gəlib.

Türkiyənin “Qalatasaray” klubu bu axşam səfərdə Çexiya “Sparta”sı ilə qarşılaşacaq. İstanbul təmsilçisi ilk oyunda rəqibini 3:2 hesabı ilə məğlub edib.

21.45. “Frayburq” (Almaniya) – “Lans” (Fransa)
İlk oyun 0:0

21.45. “Qarabağ” (Azərbaycan) – Braqa (Portuqaliya)
İlk oyun 4:2

21.45. “Renn” (Fransa) – “Milan” (İtaliya)
İlk oyun 1:3

21.45. “Tuluza” (Fransa) – “Benfika” (Portuqaliya)
İlk oyun 1:2

00.00. Roma (İtaliya) – Feyenoord (Niderland)
İlk oyun 1:1

00.00. “Marsel” (Fransa) – “Şaxtyor” (Donetsk, Ukrayna)
İlk oyun 2:2

00.00. “Sparta” (Praqa, Çexiya) – “Qalatasaray” (Türkiyə)
İlk oyun 2:3

00.00. “Sportinq” (Portuqaliya) – “Yanq Boyz” (İsveçrə)
İlk oyun 3:1.

Qeyd edək ki, “Qarabağ” – “Braqa” oyununa Azərbaycanın “CBC Sport” və Rusiyanın “Futbol 3” telekanallarında açıq yayımda baxmaq mümkün olacaq.

“Sparta” – “Qalatasaray” oyunu isə Azərbaycanın “CBC Sport” və Rusiyanın “Futbol 1” kanallarında canlı olaraq açıq yayımlanacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*