Bu gün Azərbaycan və Ermənistan arasında Brüsseldə görüş keçiriləcək.
KONKRET.az xəbər verir ki, görüşdə Azərbaycanı prezidentin xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Ermənistanı isə Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan təmsil edəcək.
Əsas məqsəd İspaniyanın Qranada şəhərində Nikol Paşinyan və İlham Əliyevin arasında keçiriləcək görüşün müzakirəsi olacaq.
