Bu gün sübh saatlarında erməni hərbi qulluqçu, Vladimir Hamletoviç Galoyanın cəsədi tapılıb. Konkret.az erməni mediasına istinadən xəbər verir ki, Ermənistan İstintaq Komitəsi ölümünün təfərrüatlarını təqdim edib. Bildirilir ki, dünən gecə saat 22.55-də N saylı hərbi hissənin müdafiə bölməsinin döyüş mövqeyində hərbi xidmətdə olan Volodya Hamletoviç Qaloyan döyüş mövqeyinin xəndəklərinə bitişik ərazidə AK-74 avtomat silahla döyüş postunun kapitanına atəş açıb. Atışmadan dərhal sonra V.Qaloyan AK-74 avtomatı ilə birgə döyüş mövqeyini tərk edib. Bu gün sübh tezdən saat 04:00 radələrində döyüş mövqeyinin müşahidə nöqtəsindən 50 metr məsafədə onun cəsədi tapılıb. Meyitin çənəsinin aşağı hissəsində güllə yarası müəyyən edilib. İkinci qarnizon istintaq idarəsində Ermənistan Cinayət Məcəlləsinin 110-cu maddəsi (şəxsi ləyaqəti təhdid etmə, təhqir etmə və ya sistematik şəkildə alçaltmaqla intihar etmək, insanı dolayı niyyət və ya ehtiyatsızlıqdan intihara cəhd etmə, üç ildən çox olmayan müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) ilə cinayət işi açılıb.
“Hərtərəfli, tam və obyektiv istintaqın aparılması üçün zəruri istintaq və prosessual hərəkətlər görülür”, – deyə məlumatda bildirilir.