Bu gün hava dəniz istirahəti üçün əlverişsiz olacaq – bir aydır belədirbackend

Bu gün hava dəniz istirahəti üçün əlverişsiz olacaq – bir aydır belədir

 

Bu gün ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.

Havanın temperaturu Abşeron yarımadasında 30-34, Bakıda 31-33 dərəcə isti təşkil edəcək.

Abşeron çimərliklərində şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 23-24 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu aranda 33-38, dağlarda 23-28 dərəcə isti təşkil edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*