Bu il münaqişə zonalarında 68 jurnalist öldürüldübackend

Bu il münaqişə zonalarında 68 jurnalist öldürüldü

2024-cü ildə dünyanın müxtəlif ölkələrində 68 jurnalist və media işçisi öldürülüb.

KONKRET.az xəbər verir ki, bu barədə məlumat UNESCO-nun rəsmi saytında yerləşdirilib. Məlumatda bildirilir ki, ölənlərin 60 faizi münaqişə zonalarında qətlə yetirilib. Bu da son on ildə ən yüksək göstəricidir: “Münaqişə zamanı əhalini dəstəkləmək və beynəlxalq ictimaiyyəti məlumatlandırmaq üçün dəqiq və etibarlı məlumat vacibdir. Jurnalistlərin əməyinin əvəzini canları ilə verməsi yolverilməzdir. Mən bütün dövlətləri beynəlxalq hüquq normalarına uyğun olaraq tədbirlər görməyə və jurnalistlərin təhlükəsizliyini qorumağa çağırıram”, -deyə YUNESKO-nun baş direktoru Odri Azule bildirib. Dəqiqləşdirilib ki, 2024-cü ildə münaqişə zonalarında 42 jurnalistin qətli qeydə alınıb. Fələstində 18, Ukrayna və Kolumbiyada 8 həmkarımız öldürülüb. İraq, Livan, Myanma və Sudanda hərəsində 3, Suriya, Çad, Somali və Konqo Demokratik Respublikasında hər birində yalnız bir ölüm halı qeydə alınıb. Son iki ildə münaqişə zonalarında öldürülən jurnalistlərin sayı 2016-2017-ci illərlə müqayisədə ən yüksək rəqənlərlə ifadə olunur.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*