Bu ölkə HƏMAS-a görə BMT-dən çıxa bilərbackend

Bu ölkə HƏMAS-a görə BMT-dən çıxa bilər

Çexiyanın müdafiə naziri Yaxın Şərqlə bağlı qətnaməyə görə BMT-dən çıxmağı təklif edir.

KONKRET.az xəbər verir ki, bu barədə Jana Çernoxova X-dəki səhifəsində paylaşım edib.

O, BMT-ni tənqid edərək, Çexiyaya beynəlxalq təşkilatdan çıxmağı düşünməyi təklif edib. Bu radikal təklifə səbəb BMT Baş Assambleyasının Yaxın Şərqlə bağlı qətnaməsi olub.

“Bizim ölkə də daxil olmaqla 14 dövlət HƏMAS terrorçularının törətdiyi misli görünməmiş terror hücumuna açıq və aydın şəkildə qarşı çıxdı! Mən BMT-dən utanıram”, – deyə Çernoxova X sosial şəbəkəsində yazıb.

Çexiyanın müdafiə naziri bu qətnamənin terrorçulara dəstəyi ifadə etdiyini deyib. Onun fikrincə, Çexiya terrorçuları dəstəkləyən və fundamental özünümüdafiə hüququna hörmət etməyən təşkilatda qalmamalıdır. Çernoxova HƏMAS yaraqlıları tərəfindən öldürülən çoxsaylı israilli mülki vətəndaşları da xatırladıb və bu fələstinli qrupun hərəkətlərini sentyabrın 11-də ABŞ-da törədilən terror aktı ilə müqayisə edib.

Qeyd edək ki, oktyabrın 27-də BMT Baş Assambleyası İsrail və HƏMAS arasında münaqişə zonasında dərhal atəşkəsə çağıran qətnamə qəbul edib. Sənədi 120 ölkə, o cümlədən Azərbaycan dəstəkləyib. ABŞ və İsrail də daxil olmaqla 14 dövlət buna qarşı çıxıb. Daha 45 ölkə bitərəf qalıb.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*