Bu ölkə turistlərə “qızıl viza” VERƏCƏKbackend

Bu ölkə turistlərə “qızıl viza” VERƏCƏK

İndoneziya hökuməti turistlərə “qızıl viza” verəcək.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin turizm və kreativ iqtisadiyyat naziri Sandiaqo Uno bildirib.

Onun sözlərinə görə, proqram artıq son hazırlıq mərhələsindədir.

Nazir qeyd edib ki, vizanı əldə etmək üçün İndoneziyaya səfər edən xarici vətəndaşlar bir sıra meyarlara cavab verməli və hesablarında kifayət qədər vəsait olmalıdır. Vizanın beş ildən on ilədək müddətə verilməsi planlaşdırılır.

Sandiaqo Uno ümid edir ki, yeni viza növü İndoneziyaya, xüsusən də Baliyə etibarlı turistləri cəlb etməyə kömək edəcək.

Bundan əlavə, nazir bu proqramın xarici investorların da marağına səbəb olacağına inanır.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*