Bu ölkədə 16 yaşlılar da səs verə bilərbackend

Bu ölkədə 16 yaşlılar da səs verə bilər

Yeni Zelandiya höküməti milli seçki qanunvericiliyinə 16 yaşına çatmış vətəndaşların səsverməsinə icazə verən düzəlişləri parlamentin müzakirəsinə təqdim etmək niyyətindədir.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə Baş nazir Casinda Ardern bildirib.

Onun sözlərinə görə, seçicilərin yaşının məhdudlaşdırılması insan hüquqları qanununun tələblərinə ziddir və ona yenidən baxılmalıdır:

“Bu təkcə hökumətin deyil, bütövlükdə parlamentin də baxmalı olduğu məsələdir”.

O qeyd edib ki, düzəlişlərin təsdiqi üçün deputatların ən azı dörddə üçünün (120-dən 90-ı) razılığı lazımdır.

Baş nazir bildirib ki, parlament qanunvericiliyə dəyişiklikləri qəbul etsə belə, bu 2026-cı ildə qüvvəyə minəcək.

Qeyd edək ki, Yeni Zelandiyanın Ali Məhkəməsi “Make It 16” qeyri-hökumət təşkilatının səsvermə yaşının 18-dən 16-ya endirilməsi ilə bağlı şikayətini təmin edib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*