Bu ölkədə bir ildə 3,6 milyon mal-qara ÖLÜBbackend

Bu ölkədə bir ildə 3,6 milyon mal-qara ÖLÜB

Monqolustanda 2023-cü ildə təbii fəlakətlərdən 71 milyondan çox mal-qaranın 3,6 milyonu tələf olub ki, bu da 2022-ci illə müqayisədə 19,2 dəfə çoxdur.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsi məlumat yayıb.

Bildirilib ki, çovğun və şiddətli toz fırtınaları kimi ekstremal hava hadisələri ilə bağlı ölümlərin 86 faizindən çoxu keçi və qoyunların payına düşür.

Məlumata görə, 2022-ci ilin sonuna ölkədə 71,1 milyon baş mal-qara olub.

Qeyd edək ki, heyvandarlıq dənizə çıxışı olmayan Asiya ölkəsində ən böyük sənaye sahələrindən biridir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*