“Belə də ədalət olar?” – Əli Həsənovun nəvəsi də 5 il, “Arzum” da…backend

“Belə də ədalət olar?” – Əli Həsənovun nəvəsi də 5 il, “Arzum” da...

“Yol hərəkəti qaydaları üzrə mütəxəssis deyiləm. Amma başa düşmürəm ki, İlduzə Hacıyevanın (“Arzum 999”) məlum qəzada təqsiri nədir. Qəzaya uğramış avtomobil özü böyük sürətlə arxadan gəlib Hacıyevanın avtomobilinə dəyib və nəticədə içəridəki bir nəfər həlak olub, digəri isə ağır yaralanıb. Bəli, Hacıyeva hadisə yerini tərk edib. Amma Cinayət Məcəlləsinin 264-cü maddəsi üzrə yol nəqliyyat hadisəsi yerindən qaçmada yalnız hadisənin özündə təqsirli olan şəxs suçlu hesab oluna bilər. Hacıyevanın qəzada təqsiri yoxdursa, deməli, qaçmayıb, sadəcə oranı tərk edib”.

KONKRET.az xəbər verir ki, bu barədə vəkil Əkrəm Həsənov öz “Facebook” səhifəsində yazıb. O bildirib ki, məhkəmə qərarlarında bəzən ikili standartlar özünü göstərir:

“Amma tutaq ki, lap Hacıyevanın qəzada təqsiri var (nə bilim, bəlkə avtomobili düzgün idarə etməyib). Amma yenə də qəza qurbanı olan avtomobil sürücüsünün təqsirindən azdır axı. Bəs onda bu xanım niyə 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib?

Müqayisə üçün xatırladıram ki, keçmiş baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyev 2017-ci ildə idarə etdiyi avtomobillə yüksək sürətlə digər maşına və piyadalara çırpılması nəticəsində 2 nəfər həlak olub, 2 nəfər (Türkiyə vətəndaşları) isə xəsarət almışdı və hadisə yerindən qaçmışdı. Onu 5 il müddətinə azadlıqdan məhrum etdilər və 2 il sonra azadlığa çıxdı.

Hacıyeva aşağı sürətlə yol gedib, onu arxadan yüksək sürətlə vurublar, nəticədə vuran avtomobildə 1 nəfər ölüb digəri yaralanıb, amma hadisə yerini tərk edən Hacıyeva 5 il 2 ay müddətinəz azadlıqdan məhrum eidlib. Allahverdiyev isə özü yüksək sürətlə gələrək 2 nəfəri həlak edib, 2 nəfəri də yaralayıb, amma hadisə yerindən qaçan Allaheverdiyevi cəmi 5 il müddətinə azadlıqdan məhrum edərək 2 il sonra buraxmışdılar. Belə də ədalət olar?”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*