Bu ölkələrdə İsrail vətəndaşlarına qarşı hücum təhlükəsi var – SİYAHIbackend

Bu ölkələrdə İsrail vətəndaşlarına qarşı hücum təhlükəsi var - SİYAHI

İsrail Milli Təhlükəsizlik Şurası onlarla xarici ölkəyə səfər edən vətəndaşlar üçün təhlükə səviyyəsini artırıb.

KONKRET.az İsrail MTŞ-nin rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb HƏMAS-la qarşıdurma fonunda xaricdə yaşayan və ya səfərə gedən İsrail vətəndaşlarına qarşı hücum təhlükələrinin olması göstərilib.

Həmin ölkələr bunlardır:

Böyük Britaniya, Fransa və Almaniya üçün – ikinci təhlükəli səviyyə

Avstraliya və Rusiya üçün – ikinci təhlükəli səviyyə

CAR, Eritreya – ikinci təhlükəli səviyyə

Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistan – üçüncü təhlükəli səviyyə.

Məlumatda qeyd olunur ki, Ərəb və Yaxın Şərq ölkələri, Şimali Qafqaz, İran və onu əhatə edən ölkələr və Asiyanın bir sıra müsəlman ölkələrinə vacib səfər yoxdursa, səyahət etməmək lazımdır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*