backend

Bu qurumların rəhbərləri dəyişir

Bakı Apellyasiya Məhkəməsinin hakimi Elmira Eyvaz qızı Nağıyevanın səlahiyyətlərinə vaxtından əvvəl xitam veriləcək.

KONKRET.az xəbər verir ki, bu, Milli Məclisin 8 iyulda keçiriləcək iclasının gündəliyinə daxil edilən  Bakı Apellyasiya Məhkəməsinin hakimi Elmira Eyvaz qızı Nağıyevanın səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsində öz əksini tapıb.

Bundan başqa Milli Məclis yanında Toponimiya Komissiyasının katibi də dəyişəcək.

Bu “Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya komissiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə” Milli Məclisin qərar layihəsində əksini tapıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*