Bu rus qızlar dünya rekordunu təzələdilər – FOTObackend

Bu rus qızlar dünya rekordunu təzələdilər - FOTO

Voronej Dövlət İncəsənət İnstitutunun tələbələri dünya rekorduna sahib olublar. KONKRET.az xəbər verir ki, “Dövlət himni günü” Sankt-Peterburqdakı “Qazprom Arena” stadionunda 20 mindən çox insanın birləşdirilmiş xoru və 8 minlik bir orkestr Rusiya himnini səsləndiriblər. Bununla da dövlət himninin səsləndirilməsi ilə Ginnesin Rekordlar Kitabına “Ən böyük Orkestr” kateqoriyasına daxil olunub.

Beləliklə, ruslar Almaniyada 2016-cı ildə qoyulan dünya rekordunu təzələyiblər. Belə ki, himni ifa etmək üçün Frankfurtdakı Kommerzbank arenasında 8,076 musiqiçi toplanmışdı. Sankt-Peterburqda isə himni 8,097 musiqiçi ifa edib.

Orkestrdə Voronej İncəsənət İnstitutunun musiqi şöbəsinin ikinci kursunun skripkaçıları da var. Aksiyada iştirak edən Voronej sakinlərinin dəqiq sayı deyilmir.

Xorun tərkibinə həm peşəkar ifaçılar, həm də gənclər, qeyri-hökumət təşkilatları, könüllülər, futbolsevərlər və tamaşaçılar daxil olub.

Orkestrdə 19-dan çox növ musiqi alətləri olub. Aksiyada ölkənin 85 bölgəsindən musiqiçilər və ifaçılar toplanıb.

SEVİNC

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*