Azərbaycanda 25 iyun qısaldılmış iş günü olacaq.
KONKRET.az xəbər verir ki, Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, bayram günündən əvvəlki iş günü bir saat qısaldılır.
Bu səbəbdən 26 İyun – Silahlı Qüvvələr Günü ilə əlaqədar olaraq 25 iyun (cümə axşamı) ölkə üzrə qısaldılmış iş günü olacaq.
Qeyd edək ki, 26, 27 və 28 iyun tarixləri ardıcıl olaraq qeyri-iş günləri olacaq. /metbuat.az
