Bu türk ölkəsi himnini dəyişir: müsabiqə olacaqbackend

Bu türk ölkəsi himnini dəyişir: müsabiqə olacaq

Qırğızıstanda himnin sözlərini və musiqisini dəyişmək üçün müsabiqə elan ediləcək.

KONKRET.az xəbər verir ki, bunu Qırğızıstan mədəniyyət nazirinin müavini Timurlan Ajımaliyev himnin dəyişdirilməsi üzrə komissiyanın ilk iclasında deyib.

“Məqsəd xalqın tarixi irsini, mədəniyyətini və birliyini əks etdirən əsər yaratmaqdır. Bununla bağlı bəstəkarlar, şairlər, musiqiçilər və yaradıcı kollektivlər dəvət olunur”, – o qeyd edib.

Xatırladaq ki, himni dəyişdirməyi parlament spikeri Nurlanbek Şakiyev təklif edib. N.Şakiyev yeni himnin 2025-ci ilin aprelinə qədər qəbul edilməli olduğunu bildirib. Himnin üç variantını hazırlayıb Joqorku Keneşə təqdim etməli olan idarələrarası komissiya yaradılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*