Türkiyəli futbol mütəxəssisi Güvenç Kurtar Azərbaycan millisinə rəhbərlik etmək arzusunda olduğunu açıqlayıb.
KONKRET.az-ın məlumatına görə, o bu vəzifədə hamıdan uğurlu olacağına əmindir.
“Oxudum ki, bir neçə türkiyəli mütəxəssisin adı Azərbaycan milli komandasının baş məşqçisi postuna təyinatları kontekstində hallanır. Azərbaycan millisinə dəvət alsam, ona xeyli dərəcədə kömək edəcəyimə inanıram. Üstəlik, mən bu vəzifədə hamıdan daha uğurlu olaram. Uzun illərdir ki, futbol məşqçisi kimi çalışıram. Kifayət qədər bilik və təcrübəm var. Bundan əlavə, Azərbaycanda işləmişəm, futbolunuzu və futbolçuları yaxşı tanıyıram. Mən çox istəyirəm ki, Azərbaycan millisində çalışım”, – deyə Güvenç Kurtar bildirib.
O, vaxtilə Bakının “Rəvan”, həmçinin Türkiyənin “Kocaelispor”, “Əskişəhərspor”, “Rizəspor”, “Bursaspor”, “Dənizlispor”, “Adana Dəmirspor”, “Adanaspor” klublarını çalışdırıb.
Burhan,
KONKRET.az