backend

Bütün ümidlərin dəfn edildiyi yer – “Morq”dan reportaj

Saçlarını yolub fəryad edən ana morqun qapısını döyərək qışqırırdı: “Bir səsini çıxart can bala, hay ver. Bir kəlmə söz de”.

Ümidsizliyə açılan qapı. Ekspert əcləklərini geyinib cəsədi yarmağa başlayır…

Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya, Elmi Təcrübə və Tədris Birliyinin Xaçmaz Rayon Şöbəsi.

Məhkəmə Tibbi Ekspertiza və Patoloji-Anatomiya, Elmi-Təcrübi və Tədris Birliyinin Xaçmaz Rayon Şöbəsi. El dili ilə desək, “Morq”. Çox ata-ananın fəryadını görmüşəm burda. Avtomobil qəzasında dünyasını dəyişəndən intihar edənə qədər, dənizdə boğulub can verəndən əcəli ilə bu dünyadan köçən hər kəsin son mənzildən əvvəlki sonuncu mənzilidir “morq”.

Hər kəsin son mənzildən əvvəlki sonuncu mənzilidir “morq”

“Yarma balamı, həkim, qurban olum, yarma”. Amma ekspert-həkimin belə bir seçim imkanı yoxdur. Adam parkda ürək tutmasından keçinsə də, hər hansı cinayət əməlinin olma ehtimalına qarşı cəsədlər mütləq yarılıb daxili orqanlarından nümunələr götürülməlidir. Əvvəlcə ağciyərdən başlanılır. Sonra qaraciyər və dalaq. Mərhumun ölüm səbəbini dəqiqləşdirmək üçün cəsədin beyin nahiyəsindən də nümunələr götürülür.

Mərhumun ölüm səbəbini dəqiqləşdirmək üçün cəsədin beyin nahiyəsindən də nümunələr götürülür

Bu zaman “morq”un qapıları bağlı olur. Hər tərəfi isə mərhumun ailə üzvlərinin ah-naləsi bürüyür. Əksər ölü sahibi meyitin ekspertiza edilməsi üçün yarılmasına qarşı çıxır. Amma bu, mütləq olunmalıdır. Onları ovundurmaq üçünsə “Arxayın olun, yaran deyilik” vədi verilir.

  • Nənə, atamı niyə salıblar bura?

  • Xəstələnib, qızım, müalicə edirlər.

Bir neçə saatdan sonra “morq”un qapılar açılır. Mərhumun nəşi təcili yardım maşını ilə evinə aparılır.

Hər an bir ümid var cərrahın qayçıları altında, reanimasiya aparatlarında. Amma bu oturacaqda əyləşənlərin heç bir ümidi yoxdur

Hər an bir ümid var cərrahın qayçıları altında, reanimasiya aparatlarında. Heç olmasa, bir quru nəfəsi gedib-gəlsin, – deyə solğun bir ümid var. Bu palatalarda can verənin yaxınlarına bir ümid bəxş etmək olar. Üzlərində bir təbəssüm də yaranar. Amma “morq”da belə ümidlər olmur. Bütün ümidlərin ölüb dəfn edildiyi yerdi “morq”.

Ölüm dediyiniz nədir ki?! – Cəlal Fərzəliyev

Cəlal Fərzəliyev,

Xüsusi olaraq Konkret.az üçün

Ekspert-həkim və yarılan cəsəddən başqa “morq”da kimin nə işi ola bilər ki?!
Ümidsizlik pəncərəsi
Hər kəsin son dayanacaq “məntəqəsi”

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*