Ceff Bezos: “Biz Yer kürəsinin məhv olunması prosesi ilə üz-üzəyik”backend

Ceff Bezos: “Biz Yer kürəsinin məhv olunması prosesi ilə üz-üzəyik”

“Amazon” transmilli onlayn satış mərkəzinin sahibi, dünyanın ən varlı adamı Ceff Bezos öz sərvətinin böyük bir hissəsini sahib olduğu “Blue Origin” aerokosmik şirkəti vasitəsilə yüksək texnologiyalara ayırır.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, milyarder biznesmen “CBS” kanalına verdiyi müsahibəsində bunun səbəblərini açıqlayıb.

“Hesab edirəm ki bu gələcək nəsillərin dinamizmi üçün vacibdir. Mən həyatım boyunca həmin problem barədə düşünmüşəm”,-deyə o qeyd edib.

Onun sözlərinə görə, kosmik texnologiyaların inkişafı bəşəriyyətin gələcəyi üçün çox vacibdir. “Biz, tərəqqiyə davam etmək istəyiriksə kosmosa çıxmalıyıq. Bu planet bizlərə artıq dar gəlir. Artıq bunu iqlim dəyişikliyində, ətraf mühitin çirklənməsində və ağır sənayedə görürük. Hazırda Yer kürəsinin məhv olması prosesi ilə qarşı-qarşıyayıq. Biz Günəş sistemindəki hər bir planetə robot zondlar göndərmişik. Bunun özü yaxşı əlamətdir. Çünki planetimizi qorumalıyıq. Bunun üçün kosmosda yaşamağı və çalışmağı öyrənməliyik”,-deyə zəngin iş adamı söyləyib.

Onun baxışlarına görə, kosmosda ilk öncə mikroprosessorlar və digər detallar hazırlanmalı, daha sonra fabriklər və mürəkkəb sənaye obyektləri köçürülməlidir.

Ceff Bezos həmin prosesin gerçəkliyə çevrilməsi üçün yüz illərin lazım olacağını eiraf edib. O, “Blue Origin”in bütün bunları təmin edəcək texnologiyalar üzərində çalışdığını vurğulayıb.

Ceff Bezos həmin məqsədlə bağlı ilk addım olaraq kosmik turizmi göstərib.

“Amazon”un sahibi “Blue Origin” şirkətinin insanların kosmosa qısa turistik səfərlərini təşkil edəcək “New Shepherd” adlı yeni nəqliyyat vasitəsini sınaqdan keçirdiyini söləyib.

“Kosmosa gedən hər bir adam oradan bir qədər dəyişərək geri döndüyünü deyir. Çünki planetimizin əslində nə qədər kiçik və kövrək olduğunu görür. Bizim olduğumuz bölgədən görə bilmədiymiz işlər oradan daha aydın şəkildə əyan olur”,-deyə Ceff Bezos bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*