Çempionlar Liqası: “Araz-Naxçıvan”ın rəqibləri bəlli oldubackend

Çempionlar Liqası: "Araz-Naxçıvan"ın rəqibləri bəlli oldu

Azərbaycan təmsilçisi “Araz-Naxçıvan”ın futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibləri bəlli olub.

KONKRET.az xəbər verir ki, Joze Alesio Da Silvanın başçılıq etdiyi kollektiv B yolunun 5-ci qrupunda “Mostar” (Bosniya və Herseqovina), həmçinin, ilkin mərhələnin D və F qruplarının qalibləri ilə görüşəcək.

Qrupdan elit-raunda yalnız ilk pillənin sahibi vəsiqə qazanacaq. Əsas mərhələnin oyunları 25 – 30 oktyabrda Bosniya və Herseqovinada keçiriləcək.

İlkin mərhələnin D qrupunda “Minerva” (İsveçrə), “Loznika Qrad” (Serbiya), “Vesteralen Futzal” (Norveç), “Folqare” (San Marino), F qrupunda isə “Georgians” (Gürcüstan), “Ştutqart” (Almaniya), “Orebro” (İsveç), “İstanbul Şişli” (Türkiyə) komandaları yer alıb.

Qeyd edək ki, UEFA Çempionlar Liqası ilkin, əsas, elit və “Dördlər finalı” mərhələlərindən ibarət olacaq, mini-turnir şəklində keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*