Cənubi Koreyada yaşın hesablanmasının ənənəvi metodundan inzibati və hüquqi səviyyədə imtina edilib.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, indi respublikada beynəlxalq üsuldan istifadə edilir.
Məlumata görə, iyunun 28-dən ölkədə müvafiq düzəlişlər qüvvəyə minib. Bunun sayəsində Cənubi Koreya xalqı bir-iki il “cavanlaşıb”.
Qeyd edək ki, ənənəvi sistemə görə, insanın yaşı anasının hamiləliyi dövründən hesablanırdı və doğulandan sonra uşaq dərhal bir yaşına çatırdı.
Belə ki, ölkədə beynəlxalq və ənənəvi üsullarla paralel olaraq qarışıq metoddan da istifadə edilib.
Qeyd edək ki, bu düzəlişlər ölkədə eyni vaxtda bir neçə hesablama metodundan istifadə olunduğuna görə inzibati-hüquqi sahələrdə yaranmış çaşqınlığı minimuma endirmək üçün nəzərdə tutulub.
İqbal Rzayev,
KONKRET.az
