Çin lideri ölkəsini ən pis ssenarilərə hazırlaşmağa ÇAĞIRDIbackend

Çin lideri ölkəsini ən pis ssenarilərə hazırlaşmağa ÇAĞIRDI

Çin Xalq Respublikasının Sədri Si Cinpin ölkənin yüksək səviyyəli milli təhlükəsizlik rəsmilərini ən pis ssenarilərə hazırlaşmağa çağırıb.

KONKRET.az xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.

Onun sözlərinə görə, hakim Çin Kommunist Partiyası (ÇKP) daxili və xarici təhdidlərə qarşı səylərini artırır.

Si Cinpin qeyd edib ki, Çinin hazırda üzləşdiyi milli təhlükəsizlik məsələlərinin mürəkkəbliyi əhəmiyyətli dərəcədə artıb.

“Ən pis və ən ekstremal ssenarilərə, güclü küləklərin, dənizlərin və hətta təhlükəli fırtınaların ağır sınaqlarına tab gətirməyə hazır olmalıyıq”, – Çin Sədri deyib.

O əlavə edib ki, Çin milli təhlükəsizlik sisteminin modernləşdirilməsini sürətləndirməlidir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*