Yeni il bayramları ərəfəsində Çeçenistan rəhbəri Razman Kadırov Daxili İşlər Nazirliyinin və Rusiya Milli Qvardiyasının Çeçenistan Respublikasındakı bölmələrinin komandirləri və rəisləri ilə görüş keçirib.
KONKRET.az xəbər verir ki, iclasda bayram günlərində ictimai təhlükəsizliyin təmin edilməsi məsələləri müzakirə edilib.
Kadırov işçiləri son dərəcə ayıq-sayıq olmağa və nizam-intizamın pozulmasının istənilən təzahürlərinin qarşısını almağa çağırıb.
“Ekstremist və terrorizm təbliğatına qarşı mübarizə məsələlərini hələ də xüsusi nəzarətdə saxlamaq lazımdır. Bir insanın həyatına hər hansı hücum cəhdi cinayətkarın yaxınlarına da təsir edəcək. Yaxın qohumlar ailə üzvlərinin nə etdiyini bilməli və buna görə məsuliyyət daşımalıdırlar”, – Kadırov əlavə edib.
Burhan,
KONKRET.az
