Çində CNPC Çin Milli Neft Korporasiyasının keçmiş top meneceri və baş direktorunun köməkçisi Xu Venronq rüşvət şübhəsi ilə həbs edilib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Liaonin əyalətinin prokurorluğu məlumat yayıb.
“Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun əmrindən sonra Liaoninq Əyalətinin Xalq Prokurorluğu Çin Milli Neft Korporasiyasının keçmiş baş direktorunun müavini Xu Venronqun rüşvət almaqda şübhəli bilinərək həbs edilməsi barədə göstəriş verib”, – deyə departamentdən bildirilib.
İş prokurorluğa verilməmişdən əvvəl Çin Xalq Respublikasının Dövlət Nəzarət Komitəsi tərəfindən araşdırılıb.
Qeyd edək ki, ABŞ kəşfiyyat xidmətləri Çinin raket qüvvələri daxilində və ölkənin bütün müdafiə sənayesində korrupsiya sxemlərini üzə çıxarmışdı. Məlumatda qeyd olunurdu ki, korrupsiyaya görə Çin raketləri yanacaq əvəzinə su ilə doldurulub.
Rəsmiyyə Şərifova,
KONKRET.az
