Çinin nüvə sualtı qayığı QƏZAYA UĞRAYIB? – Rəsmi Pekindən AÇIQLAMAbackend

Çinin nüvə sualtı qayığı QƏZAYA UĞRAYIB? - Rəsmi Pekindən AÇIQLAMA

Sosial mediada Çin Xalq Azadlıq Ordusunun Hərbi Dəniz Qüvvələrinə məxsus “Type 093 Shang” nüvə sualtı qayığının qəzaya uğraması ilə bağlı məlumatlar yayılıb. Qeyd olunub ki, sualtı qayığın bütün ekipajı həlak olub. Dünyanın nüfuzlu media orqanlarının əksəriyyəti bu xəbərlərə məhəl qoymayıb. Ancaq “Newsweek” jurnalı “Çinin sualtı qayığı Tayvan boğazında qəzaya uğradı? Nə bilirik” başlıqlı yazı dərc edib.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, Çin Xalq Respublikasının Müdafiə Nazirliyi nüvə sualtı qayığının Tayvan boğazında qəzaya uğraması ilə bağlı yayılan xəbərləri yalan adlandırıb.

İqbal Rzayev,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*