UEFA Çempionlar Liqasında bu həftənin ən yaxşı futbolçusunun adını açıqlayıb.
KONKRET.az xəbər verir ki, bu ada Kevin De Bröyne (“Mançester Siti”) yiyələnib.
O, Brahim Dias (“Real”), Matteo Genduzi (“Latsio”) və Kilian Mbappeni (PSJ) qabaqlayıb.
De Bröyne bu həftə 1/8 finalın ilk oyununda – “Kopenhagen”lə qarşılaşmada 1 qol və 1 assistlə yadda qalıb.
