Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson hökumətin koronavirus böhranını idarə etdiyinə görə üzr istəyib.
KONKRET.az xəbər verir ki, onun sözlərinə görə, hökumət özündən razı idi və əvvəlcə koronavirusun yaratdığı riskləri lazımınca qiymətləndirmirdi.
O, ictimaiyyətin qəzəbini anladığını vurğulayıb.
Böyük Britaniyanın keçmiş Baş naziri həmçinin ağrı, itki və iztirablara görə dərin təəssüf hissi keçirdiyini bildirib və COVID-19-dan təsirlənənlərin ailələrinə başsağlığı verib.
Bundan əvvəl “Politico” nəşri Boris Consonun COVID-19 işi ilə bağlı dindiriləcəyini bildirib. Keçmiş baş nazir pandemiya zamanı hökumətin qərar qəbulu ilə bağlı sualları cavablandıracaq.