Corc Buş İraqa müdaxiləsinə görə mühakimə olunacaq? – Keçmiş dövlət katibi AÇIQLADIbackend

Corc Buş İraqa müdaxiləsinə görə mühakimə olunacaq? - Keçmiş dövlət katibi AÇIQLADI

ABŞ Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi, keçmiş dövlət katibi Con Kerri sabiq prezident (2001-2009) Corc Buşun İraqa müdaxiləsi ilə bağlı beynəlxalq məhkəmə prosesini dəstəkləməyəcəyini, çünki ona qarşı heç bir ittiham irəli sürülmədiyini bildirib.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, aparıcı Darius Roşbin Ukrayna müharibəsinə görə Rusiya Prezidenti Vladimir Putinin məhkəməsinin təşkili ilə bağlı Qərb ölkələrinin hazırkı çağırışlarını Kerriyə xatırladıb və ondan Corc Buşa qarşı analoji prosesi dəstəkləyib-dəstəkləməyəcəyini soruşub.

Con Kerri

“Xeyr. Çünki prezident Buşa qarşı birbaşa ittihamların irəli sürülməsi prosesi olmayıb”, – keçmiş dövlət katibi deyib.

Kerri İraqda hərbi əməliyyatın başlanmasına qarşı olduğunu qeyd edərək, Vyetnam müharibəsi zamanı qanun pozuntularının şəxsən şahidi olduğunu xatırladıb və daha sonra bu haqda açıq şəkildə danışıb.

ABŞ-ın İraqı işğal etməsi

2003-cü il martın 20-də ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın qoşunları İraqa qarşı “İraqın Azadlığı” (Iraqi Freedom) kod adlı genişmiqyaslı hərbi əməliyyata başlayıb. İraqda aparılan araşdırma zamanı BMT müfəttişləri və ABŞ hərbçiləri belə qənaətə gəliblər ki, hərbi əməliyyat başlayanda Bağdadın kütləvi qırğın silahları yaratmaq proqramları və “ƏlQaidə” ilə heç bir əlaqəsi olmayıb.

Prezident Səddam Hüseynin devrilməsi uzun illər ölkəni etnik və məzhəblərarası müharibənin xaosuna sürükləyib.

İqbal Rzayev,

KONKRET.az

  • Zahid
    İyun 26, 2023 - 09:16

    Amerikaya çatanda,qanun niyə işləmir ay sizi əclaflar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*