Dadaşov 14 döyüşdən yalnız birində məğlub oldu – onda da həyatını uduzdubackend

Dadaşov 14 döyüşdən yalnız birində məğlub oldu – onda da həyatını uduzdu

Rusiya Boks Federasiyası ABŞ-da boks matçından sonra vəfat etmiş boksçu Maksim Dadaşovun ailəsinə ömürlük müavinət ödəyəcək.

Konkret.az AiF-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə federasiyanın baş katibi Umar Kremlev məlumat verib.

Xəbər verildiyi kimi, idmançı iyulun 20-də Puerto-Rikadan olan həmkarı Subriel Matiasla İBF versiyası üzrə 63,5 kq çəkidə çempion tituluna mütləq namizəd olmaq hüququ uğrunda döyüşüb.

Döyüşün 11-ci raundunda rusiyalı boksçu rəqibinin bir neçə güclü zərbəsinin qarşısını ala bilməyib və matç dayandırılıb.

Döyüşdən sonra 28 yaşlı Maksimin halı pisləşib. O, huşunu itirib və ağır vəziyyətdə xəstəxanaya aparılıb. Boksçuya ağır beyin silkələnməsi diaqnozu qoyublar və, o, özünə gəlmədən həyatını itirib.

Maksim Qaibxanoviç Dadaşov peşəkar rinqdə 14 döyüş keçirib, 13 qələbə qazanıb, yalnız bir döyüşdə uduzub və bu, onun son döyüşü və yeganə məğlubyyəti olub.

Konkret.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*