Daha bir Avropa ölkəsi Fələstini dövlət kimi tanıdıbackend

Daha bir Avropa ölkəsi Fələstini dövlət kimi tanıdı

Norveç Fələstini suveren dövlət olaraq tanıyıb.

KONKRET.az xəbər verir ki, “NRK” telekanalına istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Baş naziri Yonas Qar Störe mətbuat konfransında açıqlayıb.

Sözügedən qərar mayın 28-də qüvvəyə minəcək.

“Politico”nun məlumatına görə isə, bu gün İrlandiya və İspaniya da analoji qərarı açıqlayacaqlar. Bundan əvvəl, Avropa ölkələrindən yalnız İsveç Fələstin dövlətini tanıyıb.

10:32

Norveç hökuməti bu gün Fələstini bir dövlət kimi tanıdığını elan edəcək.

KONKRET.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Norveç Xarici İşlər Nazirliyi yerli medianın bununla bağlı suallarına cavab verməyib.

Qeyd edək ki, İsrailin Qəzzaya hücumları davam edərkən bəzi ölkələr Fələstini dövlət olaraq tanımağa qərar verib və ya bu istiqamətdə addımlar atacaqlarını açıqlayıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*